Altıntop yenidən Almaniya bundesliqasında

Altıntop yenidən Almaniya bundesliqasında
XƏBƏR 1 İyul 2013 / 12:08 2905
-  A +

"Trabzonspor"la müqaviləsini ləğv edən Xəlil Altıntopun yeni komandası məlum olub.

Qol.Az-ın "Sky Sport"a istinadən verdiyi məlumata görə, türk oyunçu yeni mövsmüdən Almaniya bundesliqasında forma geyəcək. Altıntop "Auqsburq" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, H.Altıntop 2011-ci ildə "Trabzonspor"a transfer olunub. Müqaviləsinin müddətinin bitməsinə bir il qalmış qarşılıqlı razılaşma ilə klubdan ayrılıb.

Xatırladaq ki, H.Altıntop “Trabzonspor”a qədər Almaniyanın “Vettenşeid 09”, “Kayzerslautern”, “Şalke” və “Ayntraxt” klublarında oynayıb.


Son xəbərlər
topaz banner