"Xəzər Lənkəran" Maltada ilk məşqinə çıxdı

"Xəzər Lənkəran" Maltada ilk məşqinə çıxdı
XƏBƏR 1 İyul 2013 / 01:23 2316
-  A +

Dünən səhər saatlarında Münhen-Luqa aviareysi ilə Maltaya gələn “Xəzər Lənkəran” “The Palace Malta” otelində yerləşib.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qısamüddətli istirahətdən sonra komanda məşq proseslərini keçirmək üçün oteldən 5 km aralıda yerləşən müvəqqəti icarəyə götürdüyü süni örtüklü meydançada ilk məşqinə çıxıb. Bir saat davam edən məşqdə futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Sabah isə “Xəzər Lənkəran”  "Slima" ilə matçın keçiriləcəyi “Ta Kali” arenasında oyunöncəsi son məşqinə çıxacaq. Xatırladaq ki, adı çəkilən arenanın da ot örtüyü sünidir. 

Qeyd edək ki, "Slima" - "Xəzər Lənkəran" matçı iyulun 2-də Bak vaxtı ilə saat 21:45-də başlanacaq.

Son xəbərlər
topaz banner