Arbeloa: "Neymarı saxlamaq çətin olacaq"

Arbeloa: "Neymarı saxlamaq çətin olacaq"
XƏBƏR 30 İyun 2013 / 17:12 2675
-  A +

İspaniya milli komandasınnı üzvü Alvaro Arbeloa Konfederasiyalar Kubokunun finalında bu gecə qarşılaşcaqları Braziliya millisinin üzvü Neymar haqda açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Neymarı təhlükəli hücumçu adlandıran futbolçu işinin çətin olacağını deyib. "Onun kimi hücumçuları dayandırmq çox çətindir. Ona görə də mənim işim daha məsuliyyətli olacaq. 90 dəqiqə ərzində Neymarı nəzarətdə saxlamalıyam. Çünki o, istnilən vaxt bizim üçün təhlükəlidir. Onu zərərsizləşdirmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Braziliya - İspaniya oyunu bu gecə saat 03:00-da başlayacaq.  




Son xəbərlər
topaz banner