"Beşiktaş" "Çelsi"nin hücumçusunu almaq istəyir

"Beşiktaş" "Çelsi"nin hücumçusunu almaq istəyir
XƏBƏR 30 İyun 2013 / 13:18 3682
-  A +

"Beşiktaş"ın yeni baş məşqçisi Slaven Biliç "Çelsi"nin hücumçusu Romelu Lukakunu komandasında görmək istəyir.

Qol.Az-ın məlumatına görə, uzun müddətdir hücumçu axtarışında olan İstanbul klubu transferlə bağlı "Çelsi"yə rəsmi təklif göndərib.

"Çelsi"nin yeni baş məşqçisi Joze Mourinyonun Lukakunun transferi ilə bağlı verəcəyi qərarı gözləyən "Beşiktaş" belçikalı futbolçunun keçidində israrlıdır.

Qeyd edək ki, futbolçu karyerasına "Anderlext"də başlayan hücumçu "Çelsi"yə 16 milyon avro müqabilində  transfer olunub.



Son xəbərlər
topaz banner