Del Boske: "Braziliyaya qarşı qorxmadan oynayacağıq"

Del Boske: "Braziliyaya qarşı qorxmadan oynayacağıq"
XƏBƏR 30 İyun 2013 / 02:13 2081
-  A +

Bu gecə FİFA Konfederasiyalar kubokunun final matçında Braziliya ilə qarşılaşacaq İspaniya millisinin baş məşqçisi Visente del Boske oyunöncəsi iddialı danışıb.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə müsahibə verən ispaniyalı mütəxəssis komandasının finalda qorxmadan oynayacağını bildirib:

"Braziliyaya qarşı cəsur və qorxmadan oynayacağıq. Komandanın oyun üslubuna yenə sadiq qalacağıq. Rəqibə görə oyunumuz dəyişdirməyəcəyik. "Avro-2008" və dünya çempionluğunu qazandıqdan sonra məsuliyyətimiz hər keçən gün daha da artır. Rəqibin heyətində çox təcrübəli və istedadlı futbolçular çıxış edir. Onlara qarşı hava toplarında daha diqqətli oynamalıyıq".

Qeyd edək ki, Braziliya - İspaniya oyunu bu gecə, Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner