İtaliya Uruqvayla oyuna ciddi itkilərlə çıxacaq

İtaliya Uruqvayla oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 29 İyun 2013 / 18:32 2400
-  A +

İtaliya milli komandası Konfederasiyalar Kubokunda Uruqvayla üçüncülük matçına ciddi itkilərlə çıxacaq.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, bu qarşılaşmada komanda Andera Pirlo və Andera Barzaqlinin köməyindən faydalana bilməyəcək.

Belə ki, Pirlo İspaniya ilə matçdan sonra əzələlərində problem yaşadığı Barzaqli isə vətənindəki problemlər səbəbindən forma geyə bilməyəcək. Məlumatı yığmanın həkimi Enriko Kastellakki də təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl komandanın futbolçusu Mario Balotelli də zədələnərək öz ölkəsinə qayıtmaq məcburiyyətində qalıb.


Son xəbərlər
topaz banner