Messi xeyriyyə oyunları keçirəcək

Messi xeyriyyə oyunları keçirəcək
XƏBƏR 29 İyun 2013 / 17:38 2016
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi bu yay "Messi və dostları" adlı yardım oyunları təşkil edəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu oyunlarda əldə edilən gəlir bir xeyriyyə cəmiyyətinə bağışlanaraq ehtiyacı olan uşaq və gənclər üçün istifadə olunacaq.

Argentinalı hücumçunun təşkil etdiyi bu qarşılaşmalarda aşağıdakı futbolçular iştirak edəcək: Xames Rodriqes, Pablo Aymar, Floren Maluda, Marek Hamşik, Erik Abidal, David Luiz, Aleks Sonq, Sesk Fabreqas, Serxio Aquero, Tyeri Anri, Robinyo, Xavyer Maskerano və Edinson Kavani.

Qeyd edək ki, matçlar Kolumbiya, Peru və Çikaqoda keçiriləcək. İlk qarşılaşma isə sabah baş tutacaq.


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner