İki ukraynalı futbolçu AZAL-da

İki ukraynalı futbolçu AZAL-da
XƏBƏR 29 İyun 2013 / 16:13 2787
-  A +

Yeni mövsümün hazırlıqlarını davam etdirən Bakının AZAL klubunda baxışa daha iki futbolçu gəlib.

Qol.Az-ın məlumatına görə, bunlar Artur Sirık və Anton Korolçukdur.

Ampluaca hücumçusu olan Sirıkın son komandası Ukraynanın "Poltava" klubu olub. Yarımmüdafiəçi Korolçuk isə AZAL-a "Krımtepliça" klubundan gəlib.

Məşqçilər korpusunun razı qalacağı təqdirdə hər iki futbolçu ilə müqavilə imzalanacaq.


Son xəbərlər
topaz banner