Azarkeşlər klub prezidentinə hücum etdilər

Azarkeşlər klub prezidentinə hücum etdilər
XƏBƏR 29 İyun 2013 / 15:53 1850
-  A +

Argentinanın köklü klublarından olan "İndependente" 108 illik tarixi ərzində ilk dəfə aşağı liqaya düşüb.

Qol.Az-ın məlumatına görə, bu, klubun azarkeşlərini bərk əsəbiləşdirib. 

Azakreşlər bunun əvəzini klub rəhbərliyindən çıxartmaq istəyiblər. Belə ki, azarkeşlər ilk büdcəni açıqlamaq üçün kürsüyə gələn "İndependente"nin prezidenti Kanteronun üzərinə daş, şüşə atıblar. Yalnız 7 dəqiqə danışa bilən klub prezidenti daha sonra əsəbi insanların hücumuna məruz qalıb.

Qeyd edək ki, bundan əvvəl azarkeşlər klubun binasına "qazanın ya da ölün, hamınıza yetəcək qədər mərmimiz var" sözlərini yazmışdılar.

Son xəbərlər
topaz banner