"Xəzər Lənkəran" bu axşam Maltaya yola düşür

"Xəzər Lənkəran" bu axşam Maltaya yola düşür
XƏBƏR 29 İyun 2013 / 15:40 2351
-  A +

İyun ayının 20-dən başlayaraq Almaniyanın Bad Göqqinq qəsəbəsində yay təlim məşq toplanışına start verən “Xəzər Lənkəran” klubu bu gün səhər məşqi ilə toplanışı yekunlaşdırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən keçirilən yoxlama oyunu ilə əlaqədar matçda 90 dəqiqə forma geyən Vanderson Skarduelli, Junior Nildo və Alvaro Silva yüngül bərpa qaçışı ilə məşqlərini tamamlayıb.

Digər futbolçular isə 1 saat ərzində taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Bununla da komanda Almaniya toplanışını başa vurub.

Bu gün axşam saatlarında “Xəzər Lənkəran” məskunlaşdığı oteli tərk edərək Maltaya yola düşəcək. 

Son xəbərlər
topaz banner