"Kasilyas ən yaxşıdır, ancaq ona mütləq qol vurmalıyıq"

"Kasilyas ən yaxşıdır, ancaq ona mütləq qol vurmalıyıq"
XƏBƏR 29 İyun 2013 / 13:49 2582
-  A +

Braziliya yığmasının hücumçusu Neymar FİFA Konfederasiyalar kubokunun finalında qarşılaşacaqları İsaniya millisinin qapıçısı İker Kasilyas haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, Neymar Kasilyası dünyanın ən yaxşı qapıçısı adlandırıb:

"Kasilyas dünyanın ən yaxşı qapıçısıdır. Hər bir komanda heyətində onun kimi qapıçının olmasını istər. Ancaq finalda qalib gəlməyimiz üçün mütləq Kasilyasa qol vurmalıyıq".

Qeyd edək ki, Braziliya - İspaniya oyunu iyunun 30-da, Bakı vaxtı ilə gecə saat 03:00-da keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner