Millimizin futbolçusu darmadağında iştirak etdi

Millimizin futbolçusu darmadağında iştirak etdi
XƏBƏR 29 İyun 2013 / 13:36 2338
-  A +

Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu Almaniyanın “Hannover” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, Bundesliqa təmsilçisi artıq ilk yoldaşlıq görüşünü də keçirib.

Həvəskar komanda olan “Berenbostel”lə qarşılaşan "Hannover" rəqibinə aman verməyib. Görüş "Hannover" klubunun 14:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Əli Gökdəmir bu oyunda meydana sonradan daxil olub.


Son xəbərlər
topaz banner