"Mançester Yunayted"in futbolçusu "Monako" yolunda

"Mançester Yunayted"in futbolçusu "Monako" yolunda
XƏBƏR 29 İyun 2013 / 13:14 3279
-  A +

"Mançester Yunayted"in futbolçusu Patris Evra keçmiş klubu "Monako"ya geri dönə bilər.

Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, "qırmızı- şeytanlar"ın yeni çalışdırıcısı David Moyes keçmiş oyunçusu Leyton Beynsi Mançesterə gətirməyi planlaşdırdığı üçün Evranın komandadan getməyini istəyir.

"Monako" isə müdafiəçi üçün altı milyon funt-sterlinq dəyərində təklif göndərməyə hazırlaşır. Yaxın zamanlarda Evranın Fransa klubuna transfer olunacağı ehtimal olunur.

Qeyd edək ki, 32 yaşlı oyunçu "MY"da forma geydiyi yeddi mövsümdə 233 matça çıxıb.

 


Son xəbərlər
topaz banner