"Monako" Fransa Futbol Federasiyasını şikayət edəcək

"Monako" Fransa Futbol Federasiyasını şikayət edəcək
XƏBƏR 29 İyun 2013 / 10:47 1772
-  A +

“Monako” klubu Fransa Futbol Federasiyanın (FFF) onlar barədə çıxardığı cəzaya görə Apellyasiya Məhkəməsinə şikayət edəcək.

Qol.Az-ın məlumatına görə, komanda keçdiyimiz may ayında “Le Mans”la baş tutan matçda azarkeşlərin oyundan sonra meydana daxil olduğu və hakimə fiziki müdaxilə etdiyi üçün  -2 xal və 1 oyun azarkeşsiz oynamaqla cəzalandırılımışdır.

Klubun rəsmi saytı bu cəzaya münasibət bildirərkən deyib ki, bu qərar   son vaxtlar etdiyi transferlərlə gündəmdə olan “Monako”ya qarşı bir təxribatdır: “Ayrıca klubumuz hakimə şiddətə hər zaman qarşı olub. Sözügedən matçda rəqibə və hakimə hörmət olunub. Buna görə də verilən qərarı şikayət edəcəyik”.

Qeyd edək ki, “Monako” iki ildən sonra yenidən yüksək liqaya yüksəlib.


Son xəbərlər
topaz banner