Filipp Lam: “Qvardiolaya öyrəşmək asan olmayacaq”

Filipp Lam: “Qvardiolaya öyrəşmək asan olmayacaq”
XƏBƏR 28 İyun 2013 / 18:15 2430
-  A +

"Bavariya"nın futbolçusu Filipp Lam klubun yeni çalışdırıcısı Pep Qvadriola haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, o, "Bild"ə açıqlamasında ispan mütəxəssisə öyrəşmələrinin asan olmayacağını və uyğunlaşma müddətinin müəyyən zaman alacağını deyib: "Qvadiolaya öyrəşmək üçün zamana ehtiyacımız var.  Amma bunun uzun vaxt alacağını düşünmürəm. Yeni mövsümə hazırlıq üçün yetərincə vaxtımız var”.

Lam həmçinin bildirib ki, Qvardiola mütəmadi olaraq komanda ilə ünsiyyətdə olur: "O, bizim tez bir zamanda onu başa düşməyimizi istəyir. Komandada çox şey dəyişəcək".


Son xəbərlər
topaz banner