"Neftçi" - "Skenderbeu" oyunun başlama saatı məlum oldu

XƏBƏR 28 İyun 2013 / 16:06 3341
-  A +

Çempionlar Liqasındakı təmsiçimiz “Neftçi” klubunun II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyunun vaxtı məlum olub.

Qol.Az-ın lent.az-a istinadən yaydığı xəbərə görə, qarşılaşma iyulun 17-də  saat 21:00-da “Bakcell Arena” da baş tutacaq.

Qeyd edək ki, cavab görüşü Albaniyanın Korça şəhərində “Skenderbeu” stadionunda keçiriləcək. Oyunun  iyulun 23-də keçiriləcəyi məlum olsa da, başlanma saatı hələlik bilinmir.


Son xəbərlər
topaz banner