Qvardiola “Bavariya”dakı Messisini tapdı

Qvardiola “Bavariya”dakı Messisini tapdı
XƏBƏR 28 İyun 2013 / 15:33 3517
-  A +

"Bavariya"nın yeni çalışdırıcısı Pep Qvardiolanın yeni klubu ilə ilk məşqi maraqlı məqamlarla yadda qalıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis komandanı bəyənmədiyi üçün çoxlu çalışdırıb.

Daha sonra futbolçuları ilə bir-bir söhbət edən Qvardiola “Barselona”dakı futbolçusu Messi kimi Frank Riberinin də yarımmüdafiədə və ön mövqedə sərbəst oynamasını istədiyini deyib.

Yeni çalıdırıcı ilə aralarında olan dialoq barədə jurnalistlərə açıqlama verən fransız oyunçu deyib: "Mənə ən çox hansı mövqedə oynayarkən rahat olduğumu soruşdu. Mən isə onun dediklərinə qulaq asacağımı söylədim. Onun beynində çox fikir var. Ona həmçinin sadəcə sağ cinahda oynamağımın heç yaxşı olmadığını bildirdim".


Son xəbərlər
topaz banner