"İspaniya ilə eyni gücdə olduğumuzu hər kəsə göstərdik"

"İspaniya ilə eyni gücdə olduğumuzu hər kəsə göstərdik"
XƏBƏR 28 İyun 2013 / 11:43 1904
-  A +

İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli Konfederasiyalar Kubokunun yarımfinalında İspaniyaya penaltilərdə məğlub (6:7) olduqları oyunu şərh edib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis məğlub olsalar da, göstərdikləri bu oyunla böyük hörmət qazandıqlarnı deyib:

"Ən yaxşılarla belə rəqabət apara biləcəyimizi hər kəsə göstərdik. Topla yaxşı oynayıb, qol vəziyyətləri yaratdıq. Xüsusilə də ikinci hissədə çox yaxşı təsir bağışladıq. Buna görə də futbolçularımı təbrik edirəm. Biz öz oyunumuzu oynamağa çalışdıq və bunu bacardıq. İspaniya ilə eyni gücə sahib olduğumuzu hər kəsə göstərdik".

Qeyd edək ki, penaltilər seriyasında İtaliyanın qolunu Leonardo Bonuççi vura bilməyib.

 


Son xəbərlər
topaz banner