"Qalatasaray" üç futbolçusu ilə yollarını ayırır

"Qalatasaray" üç futbolçusu ilə yollarını ayırır
XƏBƏR 28 İyun 2013 / 11:08 3083
-  A +

"Qalatasaray"ın prezidenti Ünal Aysal komandadan ayrılacaq futbolçuların adını açıqlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezindeti Yohan Elmander, Kulio və Uyfaluji ilə yolları ayırma qərarı aldıqlarını deyib.

O, bunu yeni mövsümdən qüvvəyə minəcək legioner limiti ilə əlaqədar etdiklərini bildirib:

"Onların qəlbini qırmadan göndərmək çox önəmlidir. Elmander çox sevdiyimiz futbolçulardan biridir. Onun komandaya çox faydası oldu. Amma son mövsüm yaşadığı şansızlıqlar ortadır. Həm də onun oynadığı mövqedə Burak və Droqba kimi oyunçular var. Kulio da inanıram ki, özünə daha yaxşı klub tapacaq".

Aysal həmçinin bildirib ki, göndərilən bu 3 futbolçu əvəzinə yeni oyunçular transfer edəcəklər.

Son xəbərlər
topaz banner