"İnter"in rəqibi darmadağın oldu

"İnter"in rəqibi darmadağın oldu
XƏBƏR 28 İyun 2013 / 00:01 1956
-  A +

Bu mövsüm ölkəmizi Avroliqada təmsil edəcək “İnter” klubunun ilk təsnifat mərhələsindəki rəqibi  “Mariehamn” komandası Finlandiya çempionatında növbəti oyununa çıxıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, turnir cədvəlinin lideri “Helsinki” ilə qarşılaşan komanda böyükhesablı məğlubiyyətlə üzləşib – 0:5. XVI turdan sonra “Mariehamn” 24 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb.

Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu iyulun 4-də, saat 21:00-da “Bayıl Arena”da baş tutacaq.

Son xəbərlər
topaz banner