Arşavin: "Yenidən milli komandada oynamaq istəyirəm"

Arşavin: "Yenidən milli komandada oynamaq istəyirəm"
XƏBƏR 27 İyun 2013 / 18:01 1601
-  A +

“Çox sevinirəm ki, yenidən doğma şəhərim Sankt-Peterburqa və “Zenit” klubuna qayıtdım”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Zenit”in yeni transferi Andrey Arşavin komandası ilə iki illik müqavilə bağladıqdan sonra klubun saytına açıqlama verərkən deyib.

Rusiya milli komandasının sabiq kapitanı yenidən yığma komandaya çağrılmaq istədiyini deyib. “Əlbəttə ki, yığmaya dəvət almağı çox istəyirəm. “Zenit”ə qayıtmaqla bunu bacaracağımı deyə bilmərəm. Sadəcə futbol oynamaq və bunu doğma şəhərimdə etmək istəyirəm”.

Son xəbərlər
topaz banner