Buffon: "Öz səviyyəmizi hər kəsə göstərməliyik"

Buffon: "Öz səviyyəmizi hər kəsə göstərməliyik"
XƏBƏR 27 İyun 2013 / 17:14 1544
-  A +

"Son bir neçə ilin ən güclü komandası onlardır. Ancaq biz bu oyunda qalib gəlmək istəyirik. Öz səviyyəmizi hər kəsə göstərməliyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya milli komandasının qapıçısı Buffon Konfederasiyalar Kubokunda İspaniya millisi ilə yarımfinal matçıöncəsi deyib.

Təcrübəli qolkiper qalib gəlmək üçün Braziliya ilə oynadıqları oyunu yenidən nümayiş etdirmələrinin vacibliyini vurğulayıb:

"Məncə, Braziliya ilə qarşılaşmada ikinci hissədə yaxşı oynamışdıq. Bu dəfə daha yaxşısını edə bilərik. Ümid edirəm ki, bu matçda bütün gücümüzü göstərəcəyik".
 
Qeyd edək ki, İspaniya - İtaliya matçı bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
topaz banner