Abışov üçün daha üç rəqib

Abışov üçün daha üç rəqib
XƏBƏR 27 İyun 2013 / 12:50 2019
-  A +

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin”in iyunun 30-dan iyulun 13-dək baş tutacaq ikinci təlim-məşq toplanışındakı rəqibləri bəlli olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avstriyadakı hazırlıq prosesi zamanı Kazan təmsilçisi Sloveniyanın "Triqlav" (3 iyul), Rumıniyanın “Çaxleul” (7 iyul) və Ukraynanın “Metallist” (10 iyul) komandaları ilə yoxlama matçları keçirəcək.

Xatırladaq ki, iyulun 18-i və 25-də “Rubin” Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Yaqodina” komandası ilə qarşılaşacaq. İlk görüş səfərdə baş tutacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner