Arşavin rəsmən “Zenit”in oyunçusu oldu

Arşavin rəsmən “Zenit”in oyunçusu oldu
XƏBƏR 27 İyun 2013 / 12:14 1806
-  A +

Rusiya millisinin sabiq kapitanı Andrey Arşavinin karyerasını vətənində davam etdirəcəyi dəqiqləşib. 32 yaşl hücumçu sabiq klubu “Zenit”lə iki illik müqavilə imzalayıb. Qol.Az-ın xəbərinə görə, bu məlumatı Sankt-Peterburq klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, Arşavin 2000-2009-cu illərdə “Zenit”də çıxış edib. O, bu komandada 310 oyunda 71 qol vurub, Rusiya çempionu olub, Rusiya kuboku və superkuboku, həmçinin UEFA kuboku və superkubonu qazanıb. 

2009-cu ildə Arşavin “Arsenal”a keçib. Son mövsüm uğursuz çıxış etdiyi üçün London təmsilçisi onunla yolları ayırmaq qərarı verib.


Son xəbərlər
topaz banner