Zidan Ançelottinin köməkçisi oldu

Zidan Ançelottinin köməkçisi oldu
XƏBƏR 27 İyun 2013 / 00:13 2053
-  A +

Yaxın gələcəkdə məşqçilik karyerasına başlamaq istədiyini açıqlayan "Real" (Madrid) klubunun sabiq futbolçusu Zinəddin Zidan artıq bu sahədə ilk addımını atıb.

Qol.Az-ın məlumatına görə, Zidan ötən gün keçirdiyi mətbuat konfransında özünü klubun yeni baş məşqçisi Karlo Ançelottinin köməkçisi elan edib.

Qeyd edək ki, Zidan buna qədər "Real" klubunda idman direktoru vəzifəsini yerinə yetirirdi.


Son xəbərlər
topaz banner