Runi "Barselona"da oynamaq istəyir

Runi "Barselona"da oynamaq istəyir
XƏBƏR 27 İyun 2013 / 00:01 2566
-  A +

"Mançester Yunayted" klubundan ayrılacağı gözlənilən Ueyn Runi getmək istədiyi komandanın adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçu karyerasını "Barselona"da davam etdirmək istəyir.

Kataloniya klubunun Runi üçün 25 milyon funt-sterlinq ödəməyə hazır olduğu iddia edilir. Lakin "Real" (Madrid) və "Arsenal" klubları da Runini öz heyətində görmək istəyir. Runi "Barselona" ilə razılığa gəlsə, 27 yaşlı futbolçu yeni mövsümdən Kataloniya klubunda çıxış edəcək.

Qeyd edək ki, Runi 2004-cü ildən "Mançester Yunayted" klubunun şərəfini qoruyur.


Son xəbərlər
topaz banner