Silva: "İtaliyaya qarşı oynamaq hər zaman çətindir"

Silva: "İtaliyaya qarşı oynamaq hər zaman çətindir"
XƏBƏR 26 İyun 2013 / 19:05 1850
-  A +

İspaniya millisinin yarımmüdafiəçisi David Silva Konfederasiyalar Kubokunun yarımfinalı çərçivəsində qarşılaşacaqları İtaliya ilə oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan Silva İtaliyaya qarşı oynamağın hər zaman çətin olduğunu bildirib:

"İtaliyaya qarşı oynamaq hər zaman çətindir. Ancaq bu oyuna çox ciddi hazırlaşmışıq. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik. Digər yarımfinal cütünə gəldikdə isə Braziliya bu gecəki oyunun əsas favoritidir. Uruqvayın finala çıxmaq şansı çox azdır".

Qeyd edək ki, Braziliya - Uruqvay matçı bu gecə, İspaniya - İtaliya oyunu isə sabah gecə keçiriləcək.


Son xəbərlər
topaz banner