Benitez: "O, "Real"a itirdiyi dəyərləri yenidən qazandıracaq"

Benitez: "O, "Real"a itirdiyi dəyərləri yenidən qazandıracaq"
XƏBƏR 26 İyun 2013 / 18:26 2556
-  A +

"Napoli"nin baş məşqçisi Rafael Benitez "Real" (Madrid) klubunun yeni çalışdırıcı Karlo Ançelotti haqqında müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, Benitez "AS"a müsahibəsində italiyalı mütəxəssisin Madrid klubuna itirdiyi dəyərləri yenidən qazandıracağını deyib:

"Ançelotti yaxşı baş məşqçi olmaqla yanaşı, həm də yaxşı insandır. Onun "Real"a itirdiyi dəyərləri yenidən qazandıracağına əminəm. Karlo hər zaman insanlara hörmət edir. O, təcrübəli, hər zaman işinin yaxşı görən və uğurlur əldə etmiş birisidir".

 


Son xəbərlər
topaz banner