Mourinyo Portuqaliyadan futbolçu gətirir

Mourinyo Portuqaliyadan futbolçu gətirir
XƏBƏR 26 İyun 2013 / 16:57 2961
-  A +

Məşqçilik karyerası ərzində çalışdırdığı klublara portuqaliyalı oyunçular gətirən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo bu ənənəsinə sadiq qalmaq niyyətindədir.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu dəfə də "Benfika"nın futbolçusu Andre Qomezi komandasının heyətində görmək istəyir.

19 yaşlı oyunçu Portuqaliya təmsilçisi ilə müqaviləni 2019-cu ilə qədər yeniləsə də, "Çelsi"nin futbolçunun transfer üçün lazım olan məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, təzminat qiyməti 30 milyon avro olan Qomes "Benfika" ilə ilk matçına 2012-ci ilin oktyabrında çıxıb və həmin oyunda bir qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner