Benitez "Real"ın futbolçusunu istəyir

Benitez "Real"ın futbolçusunu istəyir
XƏBƏR 26 İyun 2013 / 15:52 2742
-  A +

İtaliyanın "Napoli" klubu Madrid "Real"ın futbolçusu Joze Kallehonu transfer etmək istəyir.

Qol.Az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, İtaliya klubunun baş məşqçisi Rafael Benitezin israrla istədiyi oyunçu üçün yaxın günlərdə Madrid klubuna təklif göndəriləcək.

"Real"la 2015-ci ilə qədər müqaviləsi olan ispan yarımmüdafiəçinin təzminat qiyməti 10 milyon avrodur.

Qeyd edək ki, Kallehon iki mövsüm formasını geydiyi "Kral klubu"nda 53 matçda iştirak edib və 6 qol vurub.

Son xəbərlər
topaz banner