Ronaldo "Mançester Yunayted" yolunda

Ronaldo "Mançester Yunayted" yolunda
XƏBƏR 26 İyun 2013 / 15:03 3558
-  A +

İspaniyanın yüksək tirajlı qəzetlərindən olan "El Pais" Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldonun keçmiş klubu "Mançester Yunayted"ə getməyi planlaşdırdığını iddia edib.

Qol.Az-ın məlumatına görə, qəzet portuqaliyalı hücumçunun Madrid klubu ilə müqaviləni yeniləməyəcəyini yazıb.

Səbəb kimi Ronaldonun iki ildən, yəni, "Real"la müqaviləsi bitdikdən sonra sərbəst agent olaraq "Mançester Yunayted"ə getmək istədiyi bildirilir.

Xəbərdə həmçinin qeyd edilib ki, futbolçu İngiltərə klubuna gedəcəyi təqdirdə "qırmızı şeytanlar" onu 50 milyon avro ilə mükafatlandıracaq.


Son xəbərlər
topaz banner