"Real" "Lion"la qarşılaşacaq

"Real" "Lion"la qarşılaşacaq
XƏBƏR 26 İyun 2013 / 12:56 2389
-  A +

Fransanın "Lion" klubu Madrid "Real"ı ilə yoldaşlıq oyunu keçirəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə Fransa klubunun prezidenti Jan Mişel "Fottball Espana"ya açıqlamasında deyib.

Oyunun artıq keçiriləcəyi vaxt və məkan da məlumdur. Belə ki, klub prezidentinin sözlərinə görə qarşılaşma iyulun 24-də Lion şərhərində baş tutacaq.

Qeyd edək ki, Madrid klubunun hücumçusu Kərim Benzema futbolçu karyerasına "Lion"da başlayıb. Oyunçu 2009-ci ildə isə "Real"a transfer olunub.


Son xəbərlər
topaz banner