"Liverpul"dan növbəti rəsmi transfer

"Liverpul"dan növbəti rəsmi transfer
XƏBƏR 26 İyun 2013 / 02:53 3330
-  A +

İngiltərənin "Liverpul" klubu növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın məlumatına görə, Liverpul təmsilçisi "Sanderlend"in qapıçısı Simon Miqnoletlə rəsmi müqavilə imzalayıb.

Lakin 25 yaşlı qapıçı ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb. Sadəcə, belçikalı qolkiperlə uzun müddətli sözləşmənin imzalandığı qeyd olunub. İmzalanma mərasimindən sonra klubun rəsmi saytına danışan Miqnolet komandasının uğuru üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, bu, yeni mövsüm üçün "Liverpul" klubunun həyata keçirdiyi dördüncü transfer olub. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner