"Neftçi"nin rəqibi Rusiya klubuna uduzdu

"Neftçi"nin rəqibi Rusiya klubuna uduzdu
XƏBƏR 26 İyun 2013 / 00:49 2382
-  A +

"Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Skenderbeu" klubu növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, son Albaniya çempionu Rusiya Premyer Liqa təmsilçisi "Volqa" klubu ilə qarşılaşıb.

Avstriyada təlim-məşq toplanışı çərçivəsində baş tutan görüş Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Hər iki hissədə bir dəfə fərqlənən "Volqa" görüşdən qalib ayrılıb.

Qeyd edək ki, "Skenderbeu" ÇL-in II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində 16-17 iyul aralığında Bakıda "Neftçi"nin qonağı olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner