"İlkay Gündoğan "Borussiya"da qalacaq"

"İlkay Gündoğan "Borussiya"da qalacaq"
XƏBƏR 25 İyun 2013 / 17:48 1574
-  A +

Dortmund "Borussiya"sının idarə heyətinin üzvü Hahs-Yoahim Vatske futbolçuları İlkay Gündoğan "Real"a (Madrid) klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, klub rəsmisi yarımmüdafiəçininin yeni mövsümdə də komandada qalacağını deyib:

"İlkayın klubla 2015-ci ilə qədər müqaviləsi var. Əgər bu transfer xəbərləri real olsaydı, xəbərimiz olardı. İlkay yeni mövsümdə də burada olacaq".

Qeyd edək ki, Madrid klubunun türkəsilli futbolçu üçün 25 milyon avroluq təklif hazırladığı iddia edilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner