Mourinyo da vergidən yayınıb?

Mourinyo da vergidən yayınıb?
XƏBƏR 25 İyun 2013 / 17:33 1862
-  A +

"Barselona"nın futbolçusu Lionel Messinin ardından "Real" (Madrid) klubunun sabiq baş məşqçisi Joze Mourinyo vergidən yayınmaqda şübhəli bilinir.

Qol.Az-ın "Sport Mediaset"a istinadən verdiyi məlumata görə, "Real"da işlədiyi 3 il ərzində İspaniyanın ən yüksək ödənişli insanlarından sayılan portuqaliyalı mütəxəssis yaxın günlərdə ekspertlər tərəfindən sorğu-sual ediləcək.

Xatırladaq ki, daha öncə İspaniya vergi əməkdaşlarının apardığı yoxlamalar zamanı Lionel Messinin və onun atasının 2007, 2008 və 2009-ci illərdə 4 milyon avro vergidən yayındığı üzə çıxıb.


Son xəbərlər
topaz banner