"Sumqayıt" yeni mövsümün hazırlığına start verdi

"Sumqayıt" yeni mövsümün hazırlığına start verdi
XƏBƏR 25 İyun 2013 / 15:58 1254
-  A +

"Sumqayıt" klubu 2013/14 mövsümü üçün hazırlığa start verib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında dünən Sumqayıt İdman Mərkəzində ilk məşqinə çıxıb.
 
Yeni transferlər - Zaur Həşimov və Saşa Yunisoğlu da hazırlıq prosesində iştirak edib. Bərpa prosesi keçən Vurğun Hüseynov isə 3 gündən sonra məşqlərə başlayacaq. Vüqar Əsgərov da artıq komanda ilə birlikdədir. O, bu gün kollektivə qoşulacaq. Yenilərdən Budaq Nəsirov və Anar Nəzirov isə milli komandaların heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qoşulacaq.

Qeyd edək ki, "Sumqayıt" iyulun 6-da AZAL-la yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.

 


Son xəbərlər
topaz banner