Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) “Unibank” KB ASC-yə Azərbaycanda kiçik və orta biznesinin inkişafı üçün $5 mln. həcmində xüsusi kredit xətti ayırıb. Kredit 5 il müddətinə verilir. Mövcud kredit sazişi, QDTİB-lə Unibank arasında sayca dördüncüdür və növbəti sazişin gələn il imzalanması gözlənilir.
Qeyd edək ki, QDTİB-nin "Unibank" ASC ilə əməkdaşlığı artıq 8 ildir ki, davam edir. Bu kredit xətti ilə Unibank özəl biznesin inkişafına dəstək tədbirləri çərçivəsində, Azərbaycan iqtisadiyyatında yeni iş yerlərin açılması və ortamüddətli maliyyələşdirmədə ehtiyacı olan kiçik və orta biznesin inkişafına birbaşa xidmət edəcək.
“Unibank” KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub. Azərbaycanın bank sektorunda ən uğurlu konsolidasiya nümunəsi olan Unibank, 20 ildən artıq fəaliyyəti dövründə nüfuzlu təşkilatlar tərəfindən biznesin uğurlu inkişafına və yüksək idarəetmə səviyyəsinə görə, müxtəlif mükafatlara layiq görülüb.
2012-ci ildəki uğurlu fəaliyyətinə görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank” ASC-nin uzunmüddətli reytinqini yenidən “B” səviyyəsində təsdiqləyib. Beynəlxalq “Moody’s Investors Service” reytinq agentliyi də “Unibank”ın xarici və milli valyutada öhdəlikləri üzrə uzunmüddətli reytinqini “B2” səviyyəsində təsdiqləyib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi