"Mourinyo "Ferrari"dən istifadə edə bilmədi"

"Mourinyo "Ferrari"dən istifadə edə bilmədi"
XƏBƏR 25 İyun 2013 / 12:04 2202
-  A +

Madrid "Real"ının prezidenti Florentino Perez klubun sabiq çalışdırıcısı və hazırda "Çelsi"də baş məşqçilik edən Joze Mourinyo haqqında maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın "20 Minutos"a istinadən verdiyi məlumata görə, Formula 1-dən nümunə verən klub prezidenti qeyd edib ki, "Real" bir "Ferrari" markalı avtomobildir:

"Ferrari" hər zaman qazanmır. Ancaq yenə də onun gücünü hər kəs bilir və hörmət edir. Mourinyo isə son mövsüm "Ferrari"dən istifadə edə bilmədi. "Real" futbolda bir markadır".

Qeyd edək ki, 2010-ci ildən “Real”da işləyən Mourinyonun bu komandada ən böyük uğuru 2011/2012 mövsümündə qazandığı İspaniya çempionluğu olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner