"Bavariya" prezidenti: "Qomes klubdan ayrılmaq istəyir"

"Bavariya" prezidenti: "Qomes klubdan ayrılmaq istəyir"
XƏBƏR 25 İyun 2013 / 01:18 1843
-  A +

"Bavariya"nın prezidenti Karl Haynz Rummeniqe  klubun futbolçusu Mario Qomes haqqında önəmli açıqlama verib.

Qol.Az-ın məlumatına görə, klub prezidenti "Sky Sport"a müsahibəsində hücumçu üçün hər hansı rəsmi təklif almadıqlarını deyib: "Mario klubdan  ayrılmaq istəyir. Ancaq indiyə kimi nə İtaliya klublarından, nə də başqa ölkələrinin komandalarında təklif almamışıq. Qomes çərçənbə günü olacaq hazırlıqlara qatılacaq".

Rummeniqe həmçinin vurğulayıb ki, Mario barədə hər hansı klubla razılığa gəlsələr, onun getməsinə icazə verəcəklər.

Qeyd edək ki, 27 yaşlı hücumçu ilə "Atletiko", "Mançester Siti", "Yuvetus" və "Fiorentina"nın maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner