Qurban Qurbanov: "Bizi "Metallurq"la çətin oyunlar gözləyir"

Qurban Qurbanov: "Bizi "Metallurq"la çətin oyunlar gözləyir"
XƏBƏR 24 İyun 2013 / 18:19 2821
-  A +

"Zənnimcə, "Metallurq" mümkün olan 5 rəqibdən ən çətini idi. Üç il bundan öncə onlarla oyun heç də asan olmamışdı. Makedoniya çempionatı günü-gündən inkişaf edir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Q.Qurbanov onları qarşıda çətin oyunların gözlədiyini bildirib: "Qışda onların başqa komandasıyla oynamışdıq. Qısa zamanda mümkün qədər çox məlumat toplamağa çalışacağıq. Bizi qarşıda ciddi oyun gözləyir. 3 il bundan öncə rəqibimiz ilk avrokubok təcrübəsini yaşayırdı. Lakin, həmin ildən sonra ardıcıl avrokuboklarda iştirak ediblər. Demək olar ki, bu baxımdan yetərli təcrübəyə malikdir. Qeyd etdiyim kimi, bizi çətin oyunlar gözləyir. Bu gündən etibarən ancaq ilk oyunu fikirləşməyə başlayacağıq". 

Son xəbərlər
topaz banner