Runinin taleyi necə olacaq?

Runinin taleyi necə olacaq?
XƏBƏR 24 İyun 2013 / 13:31 2065
-  A +

"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin klubdakı taleyi yaxın günlərdə həll olunacaq.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, komandanın yeni çalışdırıcısı David Moyes yaxın vaxtlarda Runi ilə danışıqlara başlayacaq. Futbolçunun “MY”də qalmasını istəyən baş məşqçi hücumçunun getmək istəyəcəyi təqdirdə buna icazə verəcək.

İndidən "Çelsi" və PSJ kimi klubların maraq dairəsinə düşən Runinin istəyənlər arasında Madrid "Real"ı da var.

Yeni mövsümdən "Kral klubu"nu çalışdıracağı gözlənilən Karlo Ançelotti Runini bəyəndiyini hər zaman deyib. Lakin "Mançester Yunayted"in bu transferin qarşılığında Ronaldonu heyətinə qatmaq istədiyi bildirilir.


Son xəbərlər
topaz banner