"Müdafiəçinin oyunun ən yaxşısı seçilməsi anormal haldır”

"Müdafiəçinin oyunun ən yaxşısı seçilməsi anormal haldır”
XƏBƏR 24 İyun 2013 / 13:23 1561
-  A +

"Müdafiəçi olaraq oyunun ən yaxşısı seçilmək bir az anormal haldır. Çünki adətən, matçın ən güclü oyunçusu hücumçular olur. Səhv etmirəmsə, ilk dəfə bir matçda iki qol vururam.  Buna görə də çox sevinirəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya milli komandasının futbolçusu Xordi Alba Konfederasiyalar Kubokunda Nigeriya ilə matçdan (3:0) sonra deyib.

İtaliya ilə yarımfinal qarşılaşması haqqında da danışan müdafiəçi matçı qol buraxmadan qazanmaq istədiklərini bildirib: "İtaliya güclü olduğu üçün onların qarşısında ən yaxşı oyunumuzu sərgiləyəcəyik. Çətin bir qarşılaşma olacaq. Amma biz qol buraxmadan qazanmaq istəyirik".


Son xəbərlər
topaz banner