Del Boske: "Oyunu biz idarə edirdik"

Del Boske: "Oyunu biz idarə edirdik"
XƏBƏR 24 İyun 2013 / 11:47 1560
-  A +

İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske Konfederasiyalar Kubokunda Nigeriya ilə oyundan (3:0) sonra açıqlama verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqib güclü olduğunu və matçın çətin keçdiyini deyib: "Nigeriyanın topa çox nəzarət etdiyi vaxtlar da oldu. Amma oyunu biz idarə edirdik. Hər iki komandanın daha çox qol vurmağa imkanı var idi. Səbirli oyun və sürətli hücumlar arasındakı tarazlığı qorumaq çox önəmlidir və biz bunu bacardıq".

Roberto Soldado və Fernando Torresin də oyununu qiymətləndirən baş məşqçi hər iki hücumçunun üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiklərini bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner