Torres: "İtaliya təhlükəli rəqibdir"

Torres: "İtaliya təhlükəli rəqibdir"
XƏBƏR 24 İyun 2013 / 02:47 2065
-  A +

İspaniya milli komandasının hücumçusu Fernando Torres Konfederasiyalar kubokunun yarımfinalında qarşılaşacaqları İtaliya yığması haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu İtaliyanın çox təhlükəli rəqib olduğunu bildirib:

"Biz İtaliya millisini yaxşı tanıyırıq. Çünki onlara qarşı dəfələrlə oynamışıq. Onlar çox təhlükəli rəqibdir. Yəni, İtaliya bizim üçün sıradan bir rəqib deyil. Onların bizə çətin anlar yaşadacağını bilirik. Bununla belə, finala çıxmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, İspaniya - İtaliya oyunu iyunun 27-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
topaz banner