"Onun məni gülməli vəziyyətdə qoymayacağına əminəm"

"Onun məni gülməli vəziyyətdə qoymayacağına əminəm"
XƏBƏR 24 İyun 2013 / 01:19 2097
-  A +

"Napoli"nin prezidenti Aurelio De Laurentis futbolçusu Edinson Kavaninin gələcəyi haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, klub prezidenti "Radio Rai"yə açıqlamasında oyunçusunun komandadan ayrılacağını düşünmədiyini deyib:

"Ona inanıram və məni gülməli vəziyyətdə qoymayacağına əminəm. O, verdiyi sözün üstündə durur. Əgər komandadan ayrılmaq istəsə, iyulun 20-də milli hazırlıqlar bitdikdən sonra bunu deyəcək".

Qeyd edək ki, Kavani 2010-ci ildə "Palermo"dan 10 milyon avro qarşılığında "Napoli"yə transfer olunub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner