Luis Suarez "Mançester Siti"nin hədəfində

Luis Suarez "Mançester Siti"nin hədəfində
XƏBƏR 24 İyun 2013 / 00:01 1626
-  A +

"Liverpul" klubunun futbolçusu Luis Suarezə daha bir komanda "elçi" düşüb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, hücumçu üçün "Mançester Siti" klubu 35 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Belə ki, "Napoli"nin oyunçusu Kavanini transfer edə bilməyən "şəhərlilər" uruqvaylı oyunçunu heyətinə qatmaqla hücum xəttini gücləndirmək istəyir.

Qeyd edək ki, Suarezlə Madrid "Real"ı və "Bavariya"nın da maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner