"Real" İsko və Kavanidən imtina etdi

"Real" İsko və Kavanidən imtina etdi
XƏBƏR 23 İyun 2013 / 17:15 2978
-  A +

Madridin "Real" klubu transfer etməyə yaxın olduğu iki futbolçudan - İsko və Edinson Kavanidən vaz keçib.

Qol.Az-ın Türkiyə mətbuatına isitnadən yaydığı xəbərə görə, "Real"  "Mançester Siti" ilə yaxşı münasibətlərini kəsməmək üçün belə addım atıb. Belə ki, hər iki futbolçu daha əvvəldən İngiltərə klubunun hədəfində olub.

Madrid klubu "Mançester Siti"nin bu transferlərdən imtina edəcəyi təqdirdə yenidən futbolçularla maraqlanacaqlarını bildirib.




Son xəbərlər
topaz banner