Villas Boaş: "PSJ-yə getmirəm"

Villas Boaş: "PSJ-yə getmirəm"
XƏBƏR 23 İyun 2013 / 13:25 1736
-  A +

"Tottenhemi"in baş məşqçisi  Andre Villas Boaş PSJ-dən gələn təklifi rədd edib.

Qol.Az-ın məlumatına görə, 35 yaşlı mütəxəssis hazırkı klubuna borclu olduğunu bildirib: "Tottenhem" məni yenidən Premyer Liqaya qaytardı. Özümü burda çox yaxşı hiss edirəm. PSJ-in prezidenti ilə uzun müddətdir ki, dostluq əlaqəm var. Amma mənim hələ "Tottenhem" üçün edəcəklərim var".
 
Portuqaliyalı baş məşqçi Premyer Liqada "Çelsi" ilə qarşılaşmalarını səbirsizliklə gözlədiyini deyib: "Keçmiş klubuma qarşı oynamaq çox maraqlı olacaq. Əsasən də Mourinyoya qarşı oynamaq gözəl olacaq". 



Son xəbərlər
topaz banner