David Vilyaya təkliflər gəlməkdə davam edir

David Vilyaya təkliflər gəlməkdə davam edir
XƏBƏR 22 İyun 2013 / 18:57 3158
-  A +

"Barselona" klubunun futbolçusu David Vilyaya daha bir komanda "elçi" düşüb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, İtaliyanın "Fiorentino" klubu hücumçunun transferi üçün danışıqlara başlayıb. 

Roma təmsilçisi futbolçunun komandaya gətirmək üçün 13 milyon avroluq təklif hazırlayıb. Vilyanın meneceri Viktor Onate klubun futbolçu ilə maraqlandığını təsdiqləyib. Bildirib ki, 31 yaşlı oyunçu Kataloniya klubundan ayrılmaq qərarı verəcəyi təqdirdə, İngiltərə və ya İtaliyaya gedə bilər.

Qeyd edək ki, futbolçu ilə "Tottenhem" və "Atletiko" (Madrid) klublarının da maraqlandığı iddia edilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner